Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Hörmətli cənab Prezident, əziz qardaşım! Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm