• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Türkiyə terrorunun arxasındakı iki mühüm amil: nə baş verir?

  • Nida.az
  • 21 İyul 2015 14:53
  • 2 036 Baxış
Türkiyə terrorunun arxasındakı iki mühüm amil: nə baş verir?

Türkiyə yenə qana boyandı və bu dəfə onu Suruçda vurdular. Buna qədər Reyhanlıda eyni terror aktı törədilmişdi. Onda terror 50 nəfərin, indi isə 32 nəfərin canını aldı.

Terrorun milləti yoxdur və heç kəs bundan sığortalanmayıb - Türkiyədə olduğu kimi. Ümumiyyətlə, Türkiyə zaman-zaman terrora məruz qalıb və bəzi dövrlərdə bu adiləşib də. Amma Suruç terrorunun arxasındakı məqamlar geosiyasi proseslər baxımından diqqət çəkir.

Türkiyə Suriyaya girmədi, əvəzində Suriyanı bu torpaqlara gətirdilər.

Baş verənləri belə adlandırmaq mümkündür. Təxminən iki il öncə Suriyada İŞİD və digər qruplaşmaların gücləndiyi vaxtda Türkiyənin müharibəyə cəlb edilməsi gündəmə gəlmişdi. Ankara o zaman Suriyada baş verənləri inqilab adlandırır, müxalifətə dəstəyini göstərirdi. Bu dəstək bu gün də davam edir.

Hələ o vaxtdan Türkiyənin müharibəyə cəlb olunması istiqamətində qızğın iş gedir. Çünki bu baş verərsə, Türkiyə gücdən düşər, daxili çaxnaşmalara yol açılır, Ərdoğan iqtidarı hakimiyyətdən salınır və son 10 ildə güclənən bu ölkə yenidən başa dönür və sıfırdan başlayır. Digər tərəfdən, İraqdan sonra başqa torpaqlarda müharibə üçün öz əsgərlərini göndərməyəcəyinə “and içən” ABŞ öz müharibəsini türk əsgəri vasitəsilə aparmaq istəyir. Lakin Ərdoğan hökuməti bütün vasitələrlə bundan yayına bildi. Və Ankaranın müharibəyə “yox” deməsindən sonra yeni ssenarilər işə düşdü.
Öncə Sufriyada Türkiyə eksklavı olan Şah Süleyman türbəsinə hücum edilərək, Ankaranı rəsmən müharibəyə daxil edilməsi ssenarisi işə düşdü. Lakin MİT kəşfiyyatçının ötürdüyü məlumatdan sonra Türkiyə ssenaridən duyuq düşdü və öz eksklavını sərhədləri daxilinə gətirdi.

Daha sonra, Suriyada “kürd dəhlizi” planı işə düşdü. Belə ki, Şimali Suriyanın bütünlüklə kürdlərə verilməsi prosesinə start verildi. Ta o zaman qədər ki, Türkiyə öz qırmızı cizgilərini müəyyənləşdirdi və ABŞ prosesi dayandırdı (“kürd dəhlizi” ssenarisi ilə ətraflı bu linkdən tanış ola bilərinis http://publika.az/p/99718).


Beləliklə, Türkiyə bütün cəhdlərə rəğmən, Suriyada müharibəyə girmir. Həmin prosesin dayanmasından təxminən 15 gün sonra Suruçda terror aktı törədilir, 32 nəfər həyatını itirir, yüzdən çox insan yaralanır və bütün bunları İŞİD-in etdiyi ehtimalı mövcuddur. İŞİD hələ ki, etiraf etməsə də, kamikadzenin bu qruplaşmanın üzvü olması artıq dəqiqləşməkdədir.


Nə baş verir?

1. Suruçda terror aktı məhz solçu gənclərin toplaşdığı Amara Mədəniyyət Mərkəzində törədildi. Hansı ki, onlar Kobaniyə yardım çağırışları üçün ora toplaşmış və sərhədi keçərək İŞİD-ə qarşı müharibədə kürdlərə dəstək vermək istəyirdilər. Niyə başqa yerdə, misal üçün, bazarda, yaxud insanların kütləvi toplaşdığı digər yerdə deyil, məhz solçuların olduğu yerdə?

2. Məlumatlara görə, kamikadzenin istifadə etdiyi bomba Rusiya istehsalı olan TNT olub. İŞİD-in ABŞ tərəfindən yaradıldığı haqda yetərincə iddialar var. Misal üçün, ABŞ kəşfiyyatının keçmiş üzvü Ervard Snouden İŞİD-in arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyatının dayandığını bildirib. Bəs nə üçün Rusiya istehsalı olan bomba?

Birinci ehtimal: Artıq prosesə start verənlər bəhrəsini görür. Belə ki, Suruç terrorunun ardınca kütlə küçələrə axışaraq, Ərdoğan hökumətini ittiham edir. “Türkiyə nə üçün İŞİD-ə qarşı döyüşmür?!” şüarlarını səsləndirirlər. Diqqət edin, Türkiyəni Suriyada müharibəyə cəlb etmək istəyənlər də eyni fikri irəli sürürlər. Beləliklə, Qərb Ərdoğana qəbul etdirmək istədiklərini Türkiyə ictimaiyyəti vasitəsilə növbəti dəfə yada salır. Bununla yanaşı, Türkiyə tarixinin ən böyük problemi olan solçulara qarşı bu terror cəmiyyətdə fikir ayrılığına, daha dəqiq desək, “köhnə ədavətin” yenidən baş qaldırmasına gətirib çıxara bilər. Digər tərəfdən, məhz kürdlərə dəstək verənlərə qarşı terror törətmək İŞİD-ə qarşı Türkiyə cəmiyyətində nifrəti artırır və PKK ilə İŞİD-i eyni təhlükə olaraq görən Türkiyəni ikisi arasında seçim etmək məcburiyyətində buraxır. Halbuki, Türkiyə strateji maraqlarına uyğun olaraq Suriya müxalifətinə dəstək verir və İŞİD-lə PYD-ni eyni sıraya qoyur. Bu terror aktı türk cəmiyyətini hökumətə qarşı qaldırmaq və hökumətin seçim edərək, kürdlərə qarşı münasibətini dəyişdirmək məqsədi daşıyır. Və hər şeyin başında Türkiyəni Suriyada müharibəyə qoşmaq cəhdi yenə qırmızı xətt olaraq keçir. Əks təqdirdə, “Suriya müharibəsi Türkiyəyə gətiriləcək” mesajı verilir.

İkinci ehtimal: kamikadzenin Rusiya istehsalı olan bomba daşıması rəsmən təsdiq olunmayıb, lakin bu informasiya artıq mediada manşetlərə çıxır. Bu, avtomatik olaraq Türkiyə-Rusiya münasibətlərinə təsir edə və türk ictimaiyyətində Rusiyaya qarşı düşmənçiliyi artıra bilər. Beləliklə, Qərblə savaşda Türkiyə cəbhəsindən rahat olan Moskva üçün ciddi problemlər yarana, həmçinin, Türkiyənin özü anti-Rusiya cəbhəsinə daxil ola bilər. Yoxsa nə üçün Qərbin silahlandırdığı İŞİD terrorçusu rus istehsalı bombanı daşısın ki?

Göründüyü kimi, bu terrorun arxasında ciddi siyasi maraqlar dayanır. Lakin ehtimallar da bununla bitmir. Qarşıdakı dönəmdə, güman ki, bir çox ciddi səbəblər ortaya çıxa bilər.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR