Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı verdi
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı ilə əlaqədar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başşağlığı məktubu ünvanlayıb.

Azərbaycan XİN-dən Publika.az-a daxil olan məktubda həlak olmuş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir və yaralananlara və xəsarət alanlara Allahdan şəfa diləndiyi qeyd olunur.

Həmçinin, məktubda bu acı gündə Türkiyə xalqının dərdinin bölüşüldüyü və törədilmiş qəddar terror aktının qəti şəkildə pisləndiyi vurğulanır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm