Nida.az
Rauf Arifoğludan İsa Qəmbərə: “Etirazımı gedib çaya danışacam”
“Yeni Müsavat” qəzetinin baş redaktoru, Müsavat Partiyasından istefa verən Rauf Arifoğlu Müsavatın keçmiş başqanı İsa Qəmbərin onun “Əməkdar jurnalist” fəxri adı alması haqda fikirlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, R. Arifoğlu “facebook”
səhifəsində İsa Qəmbərə qarşı heç bir mənfi fikir
səsləndirməyəcəyini yazıb: “Müsavat Partiyasının 5-ci başqanı
hörmətli İsa bəy
Prezident İlham Əliyevin mənə “Əməkdar jurnalist” adı verməsini və
bu mükafatı şəxsən təqdim etməsini yorumlayıb. Onun bu yorumunu
ölkə mediası içərisində ilk olaraq musavat.com saytı yayımlayıb. Yəni orada bizə
problem ola biləcək hər hansı məqam görməmişik. Görsəydik belə,
yenə də yayımlayardıq.
Mənim də verdiyim mesaj elə budur - media hər hansı bir xəbəri özünə nisbətləndirib, münasibət sərgiləməz. Lakin görürəm ki, bəziləri aranı qızışdırmaq və məndən İsa bəyə qarşı neqativ cavablar almaq istəyirlər. Bəzi suallara cavab verdim, lakin aydın olur ki, müəyyən təhriflər edilir. Ona görə də düşüncələrimi burada yazıram ki, istəyən hər kəs bundan istifadə etsin. Əsas mesajım budur: İsa bəyə qarşı, hətta mənə münasibətdə haqsızlığa yol verdiyini düşünsəm belə, heç bir neqativ cavab verməyəcəm, yazı yazmayacam. Bu, mənim əxlaqıma, törəmə, prinsiplərimə ziddir. Sözüm, etirazım, cavabım olsa, özü ilə görüşüb, özünə deyəcəm. Görüşə bilməsək də, gedib çaya, dənizə danışaram.
Digər bir mesajımsa bundan ibarətdir: Hörmətli İsa bəyin bu illər ərzində mənimlə bağlı bir sıra təsbit və qənaətləri olub. Hər biri üçün ona minnətdaram. Neqativ xarakterli bir sıra qənaətlərini də zamanında bəzən dəyişmişəm, bəzənsə unudulub gedib. İndi də son təsbit və qənaətlərindəki narahatlıqları anlayıram. Görünür, bundan sonrakı fəaliyyət prioritetlərimdən biri də o narahatlıqlara əsas olmadığını sübut etmək olacaq”.
Qeyd edək ki, İsa Qəmbər Rauf Arifoğlunun “Əməkdar jurnalist” fəxri
adı almasını hakimiyyətlə barışmaq kimi qiymətləndirib.
Asif Nərimanlı
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin