
İyulun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Publika.az-ın məlumatına görə, geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun təkbətək görüşü olub.
Təkbətək görüş başa çatdıqdan sonra prezidentlərin birgə mətbuat konfransı keşirilib.
Dövlətimizin başçısı İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk əvvəlcə bəyanatlarla çıxış ediblər.
Sonra jurnalistlərin sualları cavablandırılıb.