İlham Əliyev: "Ümid edirəm ki, beynəlxalq ictimaiyyət təcavüzkara daha çox təzyiq göstərəcək"
Bizi izləyin

Nida.az

İlham Əliyev: "Ümid edirəm ki, beynəlxalq ictimaiyyət təcavüzkara daha çox təzyiq göstərəcək"

"Biz bu gün regional təhlükəsizlik məsələlərini, xüsuslə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini və bu münaqişənin həlli yollarını müzakirə etdik. Mən danışıqların hazırkı vəziyyəti və münaqişənin tarixi barədə məlumat verdim. Münaqişə 20 ildən artıqdır ki, davam edir. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ və 7 ətraf rayon 20 ildən artıqdır ki, erməni işğalı altındadır".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir. Prezidentin sözlərinə görə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və 7 ətraf rayonu işğal edib və milyondan artıq azərbaycanlı bu təcavüzün qurbanına çevrilib və qaçqın, məcburi köçkün vəziyyətinə düşüb: "Xalqımız Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb".

Dövlət başçısı vurğulayıb ki, münaqişənin müvafiq hüquq normaları və BMT qətnamələri əsasında ən qısa müddətdə həlli Cənubi Qafqazda bütün xalqların xeyrinədir.

İlham Əliyev ümid edir ki, beynəlxalq ictimaiyyət təcavüzkara Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək üçün daha çox təzyiq göstərəcək: "Hesab edirəm ki, işğaldan azad olunma prosesi başlayan kimi Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşması prosesi də başlaya bilər. Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və münaqişə bu əsasla həll edilməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm