• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İlham Əliyev: “Azərbaycan Aİ ilə tərəfdaşlıqda müsbət inkişaf görür”

  • Nida.az
  • 22 İyul 2015 13:41
  • 248 Baxış
İlham Əliyev: “Azərbaycan Aİ ilə tərəfdaşlıqda müsbət inkişaf görür”

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda birgə mətbuat konfransı keçiriblər.

Trend-in məlumatına görə, Prezident İ.Əliyev D.Tusku salamlayaraq qeyd edib ki, onun səfəri Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında münasibətlər üçün çox vacib olub.

Aİ və Azərbaycan arasında çoxillik əməkdaşlığı vurğulayan dövlət başçısı deyib ki, hazırda müzakirə üçün ikitərəfli və regional əməkdaşlıq kimi geniş spektr məsələlər mövcuddur.

İ.Əliyev bildirib ki, biz Aİ və Azərbaycan tərəfdaşlığında yaxşı müsbət inkişaf görürük.

Dövlət başçısı bəyan edib ki, D.Tuskun Bakıya səfəri Azərbaycan və Aİ arasında münasibətlərin vacibliyini göstərir: "Bizim sıx siyasi əlaqələrimiz var və onları gələcəkdə inkişaf etdirəcəyik".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR