İlham Əliyev: "Aİ-nin üzv ölkələri Azərbaycanın əsas investorlarıdır"
Bizi izləyin

Nida.az

İlham Əliyev: "Aİ-nin üzv ölkələri Azərbaycanın əsas investorlarıdır"

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirdiyi birgə mətbuat konfransında ölkə və Avropa İttifaqı (Aİ) arasında iqtisadi əlaqələrə toxunub.

Trend-in məlumatına görə, İlham Əliyev bildirib ki, çox şadıq ki, Avropa əsas ticarət tərəfdaşımızdır: "Azərbaycanın xarici ticarətinin təqribən yarısı Avropa İttifaqının üzv ölkələrinin payına düşür".

Prezidentin sözlərinə görə, Aİ-nin üzv ölkələri Azərbaycanın əsas investorlarıdır: "Ölkəyə investisiyaların təqribən 50 faizi Avropa İttifaqından gəlir. İqtisadi əməkdaşlığın və iqtisadi fəaliyyətin digər formalarının inkişafı üçün yaxşı potensial mövcuddur".

Dövlət başçısı qeyd edib ki, mümkün əməkdaşlığın elementlərindən biri nəqliyyat sahəsidir: "Biz hazırda qonşularımızla birlikdə Azərbaycan, Gürcüstan, Türkiyəni və bununla da Avropa ilə Asiyanı birləşdirən yolun tikintisinin başa çatdırılması mərhələsindəyik".

İlham Əliyev bəyan edib ki, bu, Avropa və Asiya arasında qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək yeni İpək yolu olacaq.

Prezident sonra vurğulayıb ki, Azərbaycan bu layihədə vacib tranzit rolunu oynayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm