Nida.az
Türkiyəni qana boyayan kamikadze haqda şok məlumatlar
Suruçda Amara Mədəniyyət Mərkəzində terror aktı törədənin kimliyi bəlli olub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir
ki, polis terrorun Adıyamanlı Şeyx Abdurrahman Alagözün törətdiyini
düşünür.
Polis bombanın partlamasından sonra parçalanmış kişi cəsədi tapıb və həmin şəxsin kamikadze olduğu ehtimal olunur. Bu şəxs də 20 yaşlı A. Alagözdür. Cəsədin kimliyini dəqiqləşdirmək üçün Adıyaman bölgəsində yaşayan ailəsindən də DNT testi götürülüb.
20 yaşlı A. Alagöz 2014-cü ilin yanvar ayında Adıyamanı tərk edərək Suriyaya keçib və İŞİD-ə qoşulub. Onun qardaşı Yunus Emre Alagöz də ondan 20 gün öncə İŞİD sıralarına qatılıb. Onların ataları Zeynal Alagöz övladlarının tapılması üçün polisə də müraciət edibmiş.
Z. Alagöz “Habertürk”ə açıqlamasında bildirib ki, böyük oğlu Yunus
evi tərk edəndən 20 gün sonra Abdurrahman da yoxa çıxıb.
“Həyat yoldaşımla boşanmışıq. Böyük oğlumdan xəbər ala bilmirəm.
Abdurrahman isə iki ay öncə anasını ziyarət edib. Gedəndən sonra
ondan da heç bir xəbər ala bilməmişik. Bu terroru Abdurrahman
törətdisə, mənim belə bir oğlum yoxdur. Bunu edibsə, Allah onun
cəzasını versin”, - deyə ata Alagöz vurğulayıb.
Türk mediası Abdurrahman Alagözün HDP-nin Diyarbəkirdəki mitinqində terror aktı törədən Orxan Göndərlə tanış olduğunu ortaya çıxarıb. Məlumatlara görə, hər iki şəxs Adıyamanlıdır. Hər ikisi bölgədə İŞİD-ə yaxın olduğu deyilən “Dokumaçılıq” qrupunda təmsil olunub. Hər ikisi Adıyamandakı “İslam Çay evi”ndə işləyib.
Asif Nərimanlı
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək