Nida.az
Pənah Hüseyn İsa Qəmbərə qarşı: “Rauf Arifoğlu, yanındayam”
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu “Əməkdar jurnalist” fəxri adı alması münasibəti ilə təbrik edib.
Publika.az xəbər verir ki, P. Hüseyn təbrik
məktubunda deyib:
“Əziz Rauf bəy.
Səni 23 iyul tarixinə təsadüf edən ad günü münasibəti ilə təbrik
edirəm. Dostlar bilir ki, mən ad günlərinə nadir hallarda, bəzi
yubileylərdə təbrik ünvanlayıram. Və 49 yaş da yubiley deyil. Odur
ki, bu təbrikim də sıradan bir ad günü təbriki olmayıb, həm də indi
sənin ətrafında yaranmış vəziyyətdə bir münasibət ifadəsidir.
Dərindən inanıram və sənin də bu məsələdə həmrəy olduğunu bilirəm
ki, siyasi mövqeləri, dəyərləri şəxsi münasibətlərə qurban vermək
nə qədər yolverilməzsə, şəxsi insani dəyərləri siyasi münasibətlərə
görə müəyyənləşdirmək daha artıq bir naqislikdir. Əlbəttə ki, elə
hədlər var ki, mütləq seçim qarşısında durmalı olursan və yalnız
təmənna etmək qalır ki, Allah bizə bu seçimi qismət etməsin.
“Əməkdar jurnalist” fəxri adını almağını da siyasi konyukturdan sərf-nəzər etsək, ona tam layiq olduğunu və önəmsədiyini bildiyim üçün şəxsən təbrik etmişəm. Sənin bu millət üçün etdiklərinin qarşılığında “İstiqlal” ordeni də azlıq edər, bu ad nədir ki! Gizli deyil ki, son dövrlərdə hadisələrə, perspektivlərə, iqtidara, müxalifətə və onun ayrı-ayrı nümayəndələrinə münasibətdə fərqli, bəzən dramatik fərqli yanaşırıq. Sən mənim bəzi fikirlərimlə, mövqelərimlə, mən də sənin bəzi fikirlərinlə, mövqelərinlə razı deyilik. Qəbul edirəm ki, bir sıra məsələlərdə ola bilər ki, sənin yanıldığın, yanlış olduğun məlum olacaq, bir sıra məsələlərdə isə mənim.
Eyni zamanda, sənə olan hücumlardakı səmimi olanlardan daha çox fürsətçiləri, paxılları, insafsızları da görürəm və bunlara qarşı sənin yanında olduğumu bildirirəm. Sən Azərbaycanın ən istedadlı adamlarından, qüdrətli söz, qələm ustalarından birisən. İnanıram ki bu istedad əvvəllər olduğu kimi gələcək də Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan insanına, xeyrə xidmət edəcəkdir. Bir daha səni ən görkəmli nümayəndələrindən biri olduğun peşə bayramın və sabahkı ad günün münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, Müsavatın keçmiş başqanı İsa Qəmbər Rauf Arifoğlunun
fəxri ad almasını hakimiyyətlə barışığa getmək kimi
qiymətləndirib.
Buna münasibət bildirən R. Arifoğlu isə İsa Qəmbərə qarşı neqativ
mövqe nümayiş etdirməyəcəyini deyib.
Baş redaktorun qardaşı Azər Ayxan isə sabiq başqanın mövqeyinə sərt
münasibət bildirib.
“Siz korrupsionerlərlə barışanda biz bunu milli xilas kimi təqdim
edib sizi tarixi qınaqdan qorumağa çalışmışıq. Siz isə bizim
dövlətin 1-ci şəxsi ilə normal, şəffaf münasibətimizə kölgə salmaq
istəyirsiniz. “Bu, hakimiyyətlə barışmaqdır” deyib Dədə Qorqudluq
iddiasına düşürsünüz”, - deyə o qeyd edib.
Asif
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?