Mirzə Sakit Rauf Arifoğlunu cəbhəçilərdən müdafiə etdi: “Özünüzə baxın”
Bizi izləyin

Nida.az

Mirzə Sakit Rauf Arifoğlunu cəbhəçilərdən müdafiə etdi: “Özünüzə baxın”

“Azadlıq” qəzetinin sabiq yazarı Mirzə Sakit “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun müdafiəsinə qalxıb.

Publika.az-ın məlumatına görə, tanınmış yazar Mirzə Sakit sosial şəbəkədəki səhifəsində yazıb: “Prezident İlham Əliyev “Yeni Müsavat” qəzetinə bir medal verdisə də, “Azadlıq” qəzetinin rəhbərliyində təmsil olunan iki nəfərə isə ömürlük rahat yaşamaq üçün iki mənzil bağışladı. Tənqid edəndə əvvəl evin içini, sonra çölünü tənqid edin...”

Mirzə Sakit daha sonra qeyd edib ki, vaxtı ilə Bakı şəhəri Baş Polis İdarəsinin kadrlar şöbəsində işləyən və rüşvətlə Şamaxıda iki, Bakı şəhərində isə bir-neçə mənzilə sahib olan mayor rütbəli bir şəxs hazırda “Azərbaycan saatı” verilişində aparıcılıq edir: “Bütün bu “bespredellikləri” gördükcə adam az qalır “Ay gedən oğlan hil olum boynuna” mahnısını oxusun...”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm