• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Prezident öz dostlarını hansı fəxri adlar və medallarla təltif etdi - SİYAHI

  • Nida.az
  • 22 İyul 2015 16:20
  • 1 563 Baxış
Prezident öz dostlarını hansı fəxri adlar və medallarla təltif etdi - SİYAHI

Milli mətbuatımızın inkişafı üçün hər cür şəraiti yaradan, azad söz və ifadə azadlığını demokratiyanın əsas prinsipi hesab edən və daim jurnalistlərin dostu olan Prezident İlham Əliyev mətbuatın 140 illiyində öz dostlarını yenidən sevindirdi.

Dövlət başçısının sərəncamı ilə 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 44 nəfər “Əməkdar Jurnalist” fəxri adı ilə, 91 nəfər “Tərəqqi” medalı ilə, 17 nəfər “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı ilə, 2 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 21 nəfər isəAzərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundu. Bu, dövlətin mətbuata qayğısının növbəti nümunəsi idi.


Publika.az qələm əhlinə verilən orden və medalların mənasını təqdim edir.


“Vətənə xidmətə görə” ordeni


Bir neçə dərəcəyə malik olan bu orden Azərbaycan Respublikasına sadiqliyə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə, dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə, milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə verilir.


“Əməkdar jurnalist” fəxri adı


“Əməkdar jurnalist” fəxri adı dövlət başçısının 2005-ci il 14 iyul tarixli fərmanı ilə təsis olunub. Bu fəxri adı uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilir. Bu fəxri ad indiyə qədər Azərbaycan mətbuatında imzası olan 100-dən artıq şəxsə verilib.


“Tərəqqi” medalı


Azərbaycan Respublikasının dövlət mükafatı Azərbaycan Respublikasının 6 dekabr 1993-cü il tarixli, 758 saylı Qanunu ilə təsis edilib.


“Tərəqqi” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “İgidliyə görə” medalından sonra taxılır.


Bu medal milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 35 millimetr diametrli girdə lövhədir, kənarları hərəkət simvollu haşiyələrdən ibarətdir. Medalın mərkəzində çiçəklənmə rəmzi təsvir olunub və onun üzərində çevrə boyunca “Tərəqqi” sözü yazılıbdır. Gül təsviri və yazı qabarıqdır. Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunub. Medal paltara bərkidilmək üçün elementi olan, 27 millimetr x 43 millimetr ölçüdə yaşıl çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 millimetr x 9 millimetr ölçülü qəlib əlavə olunur.


“Tərəqqi” medalı fərdlərin səmərəli fəaliyyətinə görə verilir.


Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü


Bu, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin olunan fərdi təqaüddür. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyul tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilibdir.

Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir. Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilib.


“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu


Dövlət başçısının 2007-ci il 17 oktyabr tarixli fərmanı ilə təsis olunan Prezidentin fəxri diplomu Azərbaycan Respublikasında mədəniyyət, incəsənət, ədəbiyyat, elm, təhsil, səhiyyə, jurnalistika, bədən tərbiyəsi və idman, dövlət qulluğu, hüquq, ictimai-siyasi, iqtisadi, beynəlxalq əlaqələr və digər sahələrdə yüksək nailiyyətlər qazanmış Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə kollektivlərə onların əməyinin qiymətləndirilməsi məqsədilə verilir.


Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR