Tuskun Cənubi Qafqaza müəmmalı səfəri: proqram son anda niyə dəyişdi?
Bizi izləyin

Nida.az

Tuskun Cənubi Qafqaza müəmmalı səfəri: proqram son anda niyə dəyişdi?

“Avropa Şurasının sədri Donald Tuskun Cənubi Qafqaza səfəri maraqlı detalla başladı. Əvvəlcə yalnız İrəvan və Tiflisə gələcəyi deyilən Tusk sonradan proqrama dəyişiklik etdi və Bakıya da səfər etdi. Bu, maraqlı məqamdır”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.


Onun fikrincə, Prezident İlham Əliyevin Avropa Birliyi haqda tənqidi fikirləri Tuskun səfər proqramının dəyişməsinə səbəb olub: “Tusk Gürcüstanı “Şərq tərəfdaşlığı” proqramının lideri adlandırdı, lakin bu, ölkənin pozulan ərazi bütövlüyü məsələsinə toxunmadı. O, İrəvanda Serj Sərkisyanın Dağlıq Qarabağla bağlı gülünc iddialarını dinləməyə də məcbur oldu və münaqişənin həllində Minsk qrupunun səylərini dəstəklədiyini açıqladı. Lakin Avropa Birliyinin münaqişəyə köməyindən söz etmədi. Tusk ən məzmunlu danışıqları Bakıda keçirdi. Bildirdi ki, Azərbaycan Avropa Birliyinin əhəmiyyətli partnyorudur”.


Politoloq qeyd edib ki, Tuskun regiona səfəri Ukrayna münaqişəsi fonunda Cənubi Qafqazın özünü unudulmuş hiss etməməsi məqsədi daşıyır.


“Lakin Brüssel anlamır ki, region dövlətləri Avropa Birliyinin köməyi üçün uzun müddət gözləməyəcək. Çünki geosiyasət boşluqlara dözmür və əgər Avropa Birliyi uzaqlaşırsa, onun yerini başqa aktorlar tutacaq”, - deyə R. Musabəyov vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm