• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İsrail parlamentində Azərbaycanla bağlı iclas: “Erməni soyqırımı” sözündən istifadə olunmasın

  • Nida.az
  • 23 İyul 2015 14:00
  • 496 Baxış
İsrail parlamentində Azərbaycanla bağlı iclas: “Erməni soyqırımı” sözündən istifadə olunmasın

Yeni seçilən İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasına dair iclas keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, iclası parlamentlərarası dostluq qrupuna yenidən rəhbərlik edən Knessetin deputatı, “İsrail - Evimizdir” Partiyasının rəhbəri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman aparıb.

İclasda müxtəlif partiyaları təmsil edən deputatlar, həmçinin Knessetin siyasi müşaviri Oded Ben Qur, İsrail XİN-in şöbə müdiri Oded Yosef, İsrailin Azərbaycandakı səfiri Dan Stiv, Azİz-in baş direktoru Lev Spivak iştirak edib.

Aviqdor Liberman İsrail-Azərbaycan münasibətləri haqqında geniş məlumat verərək, Azərbaycanın coğrafi mövqeyini, iqtisadi potensialını qeyd edərək ikitərəfli əlaqələrin inkişafının İsrail üçün əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, İsrail neftinin 65 faizi Azərbaycandan idxal olunur.

Daha sonra Azərbaycanda yəhudiliyin tarixindən danışan Aviqdor Liberman yəhudilərin müsəlman, eyni zamanda dünyəvi dövlət olan Azərbaycanda hər zaman rahat yaşadığını, heç bir vaxt milli və dini təcavüzə məruz qalmadığını, dövlətin isə onlara inkişaf etmələri üçün bütün şəraiti yaratdığını vurğulayıb. Azərbaycanda doğulub yaşayan çox sayda yəhudi alim, mədəniyyət xadimi, müxtəlif sahələrdə tanınmış mütəxəssislərin adları sadalanıb. Azərbaycanda hazırda fəaliyyətdə olan yeni və köhnə sinaqoqların olduğu, müstəqillik illərində yəhudi məktəblərinin, mədəniyyət mərkəzlərinin açıldığı bildirilib.

Knessetin iclasında çıxış edən “Azİz”-in baş direktoru Lev Spivak isə Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, torpaqlarının Ermənistan tərəfindən işğal olunması barədə danışıb. L.Spivak Azərbaycanın işğal olunmuş torpaqlarının İsrail ərazisindən də böyük olduğunu qeyd edib. “Azİz” rəhbəri eyni zamanda deputatların diqqətinə çatdırıb ki, İsrail Knessetində qondarma erməni soyqırımının tanınmasına dair müzakirə cəhdləri hər dəfə Azərbaycanda böyük narahatlıqla qarşılanır. O, Knesset üzvlərindən mümkün qədər bu mövzuda açıqlamalar verməkdən çəkinməyi xahiş edib.

Lev Spivakın bu xahişini dəstəkləyən Knessetin siyasi müşaviri Oded Ben Qur təklif edib ki, gələcəkdə bu mövzuda danışarkən ümumiyyətlə, “soyqırımı” sözündən istifadə olunmasın.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR