40 ildən sonra: türklər və yunanlar federasiya dövləti qurur
Bizi izləyin

Nida.az

40 ildən sonra: türklər və yunanlar federasiya dövləti qurur

1974-cü ildən bəri düşmən mövqedə olan Şimali Kipr Türk Cümhuriyyəti ilə yunan Kipri birləşmək qərarına gəlib.

Publika.az xəbər verir ki, yeni qurulacaq dövlətin adı da bəlli olub.

May ayından başlayaraq davam edən ikitərəfli danışıqları açıqlayan KKTC rəhbəri Mustafa Akıncı bildirib ki, yeni dövlətə 2004-cü ildə yunanların rədd etdiyi Annan Planındakı “Birləşmiş Kipr Federasiyası” adı veriləcək.

Müzakirələrin detalları aşağıdakılardır:


- Türkiyə, Yunanıstan və Böyük Britaniyanın iştirakı ilə təmin olunacaq təhlükəsizlik məsələsindən savayı bütün mövzular müzakirə olunub. Torpaq məsələsində türklərə və rumlara veriləcək yer adları müzakirələrin sonuna saxlanılıb.

- Federasiya türk Kipri və yunanlardan formalaşacaq. Hər təşkilatçı dövlətin öz daxilində ayrılıqda vətəndaşlığı olacaq.

- Yeni federal dövlətin alt və üst olmaqla iki parlamenti olacaq.

- Kiprli türk və yunanlar istədikləri tərəfdə yaşaya biləcəklər.

- Türk Kirpində, yaxud yunan Kirpində yaşayacaq türklər dövlətdə, yerli və Avropa Parlamenti seçkilərində seçmək və seçilmək hüququna sahib olacaqlar.

- Sayca çox olan yunanların siyasi bərabərliyi pozmaq cəhdi Avropa Birliyinin qaydalarına ziddir. Buna görə də hər hansı problemi məsələlərə yerli parlament tərəfindən dəstək aldıqdan sonra AB məhkəmələrində baxılacaq.

- Federal dövlətin polis gücü türk və yunanlar arasında yarı-yarıya, yaxud da 40 faizi türk, 60 faizi yunan (adada yunanlar türklərdən sayca çoxdur – red.) olacaq.

- Milli ordunun olub-olmaması müzakirə olunur. Ehtimal var ki, ordu olmasın.

- Tərəflər Qərbi Ağ dənizdəki təbii qaz məsələsində problemlər yaradacaq addımlar atmamaq haqda razılığa gəlib.

- Federal dövlətin milli bayramları – 20 iyun sülh hərəkatının ildönümü və KKTC-nin qurulması ildönümü kimi günlərin necə keçiriləcəyi hələlik müzakirə olunmayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm