Müsavat Partiyası üçüncü qola da parçalandı – “Ağ Blok”
Bizi izləyin

Nida.az

Müsavat Partiyası üçüncü qola da parçalandı – “Ağ Blok”

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Tural Abbaslı gənclərdən ibarət yeni blok yaradıb.

Publika.az xəbər verir ki, yeni blok “Ağ Blok” adlanır.

T. Abbaslı bildirib ki, blokun yaradılmasında məqsəd bu il keçiriləcək parlament seçkilərində iştirak etməkdir: “Blokun əsas hədəflərindən biri də seçki mühitinin yaradacağı siyasi vəziyyətdən və imkanlardan istifadə edərək siyasi arenaya yeni simaların təqdim edilməsidir. Biz cəmiyyətə yeni alternativlərin təqdimatının labüd olduğunu düşünürük. “Ağ Blok” ilkin olaraq, bu il keçiriləcək parlament seçkilərində namizəd olacaq simalardan təşkil olunacaq. Burada, artıq siyasətdə sözlərini demiş və bəlli mübarizə tarixinə sahib olan fədakar gənc siyasətçilər var. Bu blokda müxtəlif partiya üzvləri və bitərəflər də təmsil olunacaq. Əminəm ki, bu birlik Azərbaycanda yeni siyasi dövrün başlanğıcını qoyacaq bir struktur olacaq. Tərkibin genişlənməsi üçün hələ də işlər davam edir”.

T. Abbaslı qeyd edib ki, blokun təsis konfransının keçirilməsi avqust ayına planlaşdırılır.

Onun sözlərinə görə, bloku təsis edərkən nə Müsavat, nə də hər hansı bir partiya ilə məsləhətləşməyib.


“Onsuz da blok formatı partiya rəhbərliyi ilə hansısa razılaşmanı tələb etmir. Bu partiya yox, siyasi fərdlərin birliyidir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm