Müsavat bölünə bilər?- Gənclər gözləmə mövqeyində
Bizi izləyin

Nida.az

Müsavat bölünə bilər?- Gənclər gözləmə mövqeyində

Müsavat bölünə bilər?- Gənclər gözləmə mövqeyində


Müsavat Partiyasında gənclərlə bağlı yaranmış böhran davam edir. Ara bir qədər sakitləşsə də, Gənclər Təşkilatından uzaqlaşdırılan gənclər gözləmə mövqeyindədir. Bununla yanaşı, alternativ Gənclər Təşkilatı yaratmaq ideyaları da irəli sürülür.

Məsələ ilə bağlı Publika.Az -a danışan müsavatçı gənc Cavanşir Abbaslı bildirib ki, onlar Divanın qərarını gözləyirlər: “Yaxın zamanlarda qərar veriləcəyinə inamımız tamdır. Bizi partiya daxilində bir ideologiya birləşdirir. Bütün körpülər yandırılsa da aramızda yalnız bir ideya qalıb. Biz partiya xətrinə güzəştə getməyə məcburuq. Biz sona qədər nə addım atacağıqsa, partiyaya zərbə dəyməmək naminə atacağıq”.

C. Abbaslı bir müddət əvvəl GT sədri Əhliman Abbasın sədrlikdən uzaqlaşdırılması ilə bağlı Divana müraciət etdiyini deyib.“Lakin ərizəni rəsmi olaraq Divana verməmişəm. Ümumi olaraq verəcəyimiz qərar Divanın qərarından sonra olacaq”-deyə o bildirib.

Digər müsavatçı gənc Cavid Hacıbəyli də Divanın qərarının gözlədiklərini deyib. Amma o, alternativ təşkilat yaratmaq fikirlərinin olmadığını deyib: “Alternativ Gənclər Təşkilatı yaratmaqla bağlı hələ fikirlərimiz yoxdur. Biz Divanın qərarını gözləyirik. Divanın verəcəyi qərarla da razılaşacağıq”.

Qeyd edək ki, Müsavat Divanının sonuncu iclasında məsələnin araşdırılmasına davam etməklə bağlı qərar qəbul edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm