Asim Mollazadə: “Avropa anlayır ki, Azərbaycan maraqlarını müdafiə etməyi bacarır”
Bizi izləyin

Nida.az

Asim Mollazadə: “Avropa anlayır ki, Azərbaycan maraqlarını müdafiə etməyi bacarır”

“Avropa Birliyi ilə Azərbaycanın münasibətlərini yüksək qiymətləndirirəm. Avropa Birliyi Şurasının prezidenti Donald Tuskun Bakı səfəri və burada çoxşaxəli əməkdaşlıq haqda danışması münasibətlərimizin səviyyəsindən xəbər verir”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.


Onun sözlərinə görə, Azərbaycanın Avropa Birliyi ilə təhsil, mədəniyyət və bir çox humanitar sahələr üzrə geniş spektirli əməkdaşlığı var: “Bizim ölkəmiz Avropanın enerji təhlükəsizliyində də mühüm rola malikdir. Digər tərəfdən, əminəm ki, Azərbaycanda multikulturalizm, sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlərin əməkdaşlıq mühitinin olması Avropa Birliyi üçün çox mühümdür. Əminəm ki, bu münasibətlər davam edəcək və viza sadələşdirilməsi də reallaşacaq. Nəticədə, gənclərimizin Avropada təhsil alması daha da asanlaşacaq”.


A. Mollazadə qeyd edib ki, erməni lobbisi və onun arxasındakı qüvvələr Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin pozulmasına cəhd göstərir: “Bu qüvvələr Azərbaycana qarşı ideoloji müharibəyə başlamışdı. Vaxtilə “Eurovision”, daha sonra I Avropa Oyunları zamanı biz bunun şahidi olduq. Lakin Avropa Oyunlarının uğurlu keçirilməsi Avropa Birliyi üçün də mühüm mesaj oldu. Bundan öncə ABŞ diplomatlarının Bakıya səfəri də önəmli məqam idi. Avropa anlayır ki, Azərbaycan müstəqil dövlətdir və öz milli maraqlarını müdafiə etməyi bacarır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm