Tanınmış diplomat: “Türkiyəni müharibəyə cəlb ediblər”
Bizi izləyin

Nida.az

Tanınmış diplomat: “Türkiyəni müharibəyə cəlb ediblər”

“Hazırda İŞİD kimi terror təşkilatları Türkiyəni müharibənin qaynar yerlərinə cəlb etməyə çalışır”.

Bunu Publika.az-a açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədr müavini, tanınmış diplomat Onur Öymən bildirib.

Onun sözlərinə görə, Qərbin bir sıra “güc mərkəzləri” Türkiyə daxilində sabitliyi pozmaq və ölkədə müharibə ocaqları yaratmaq üçün əllərindən gələni edirlər. O.Öymən deyib ki, Türkiyədə AKP hökumətinin qeyri-peşəkar siyasəti nəticəsində ölkə sabitliyin pozulması təhlükəsi ilə üzləşib: “Türkiyədə son baş verən hadisələr də bunun bariz nümunəsidir. Çox təəssüf ki, Türkiyə terrorçulara vaxtında adekvat cavab verə bilmir. Bunun da əsas günahkarı AKP hökumətidir. Türkiyədə xaos yaratmaq istəyənlər hamıya bəllidir. Türkiyəni qarışdırmaq və müharibəyə cəlb etmək istəyirlər. İndiyədək Türkiyə bu təhlükələrdən qaça bilirdi. Ancaq indi isə bu mümkün görünmür”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm