Nida.az
Politoloq: “Tuskun səfəri Avropanın Azərbaycanın önəmini anladığını göstərdi”
“Avropa Birliyi Şurasının prezidenti
Donald Tuskun Bakı səfəri Qərbdə Azərbaycanın əhəmiyyətinin etiraf
edilməsini göstərdi”.
Bunu Publika.az-a açıqlamasında Qərb Universitetinin professoru,
politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, Tuskun səfəri və verdiyi açıqlamalar Avropa
strukturlarının müəyyən dairələrin sifarişi ilə anti-Azərbaycan
qərarları və aparılan qarayaxma kampaniyasına rəsmi Bakını sərt
mövqeyinin Avropa Birliyində qəbul olunduğunu göstərir: “Avropa
anlayır ki, Azərbaycana təzyiq etmək, yaxud ağıl öyrətməyə cəhdlər
etməklə heç nəyə nail ola bilməz. Çünki Azərbaycan müstəqil
dövlətdir və yalnız öz milli maraqlarını düşünür. Belə bir dövlətlə
yalnız ikitərəfli, qarşılıqlı hörmətə əsaslanan münasibət qurmaq
mümkündür. Əks təqdirdə itirən özləri olacaq. Hesab edirəm ki,
Avropa məhz bunu anladı”.
Politoloq qeyd edib ki, Tuskun Bakıda verdiyi açıqlamalar
Azərbaycanın strateji baxımdan nə qədər önəmli olduğunu da ortaya
qoyur.
“Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayır və etibarlı tərəfdaş olduğunu sübut edib. Bizim
yerləşdiyimiz coğrafiyada ölkəmizin strateji önəmi də xüsusi
vurğulanmalıdır. Bu baxımdan, Avropa Azərbaycanın önəmini anlayır.
Buna görə də Bakının haqlı mövqeyi ilə hesablaşır”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR