• USD 1,7022 0,00% EUR 1,8242 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0303 0,00%

Müdafiə Nazirliyi: 40 hərbçinin mühasirəsi və 8 hərbçinin yaralanması barədə məlumatlar təxribatdır

  • Nida.az
  • 25 İyul 2015 16:33
  • 1 441 Baxış
Müdafiə Nazirliyi: 40 hərbçinin mühasirəsi və 8 hərbçinin yaralanması barədə məlumatlar təxribatdır

Azərbaycan Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələri guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yayılan məlumatlarla bağlı rəsmi açıqlama verib.

Publika.az-ın nazirlyin mətbuat xidmətinə istinadən məlumatına görə, bu məlumatlar yalandır və təxribat xarakterli yayıblar.

Məlumatda qeyd olunur: “Bəzi elektron kütləvi informasiya vasitələri guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yalan və təxribat xarakterli məlumatlar yayıblar.

Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən xakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil və təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar.

Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir”

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR