Məhkəmə Müsavatın iddiasını rədd etdi
Bizi izləyin

Nida.az

Məhkəmə Müsavatın iddiasını rədd etdi

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı sərbəst toplaşma azadlığının pozulmasına dair iddia ərizəsinə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb.


Müsavat Partiyasından Publika.az-a daxil olan məlumata görə, məhkəmə iddianı təmin etməyib.

Müsavat Partiyası qərardan apelyasiya şikayəti veriləcəyini, son nəticədə Avropa Məhkəməsinə müraciət olunacağını bildirib.

Xatırladaq ki, Müsavat Partiyası bu il aprelin 19-da metronun “20 Yanvar” stansiyasından keçmiş “Məhsul” stadionunadək yürüş keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bakı şəhər İcra Hakimiyyəti isə bunu məqsədəuyğun hesab etməyib və partiyaya aprelin 19-da “Məhsul” stadionunda mitinq keçirməyi təklif edib. Müsavat Partiyası isə bununla razılaşmayaraq məhkəməyə müraciət edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm