13 nəfər “Ərgenekon” məhbusu sərbəst buraxılıb
Bizi izləyin

Nida.az

13 nəfər “Ərgenekon” məhbusu sərbəst buraxılıb

Türkiyədə 2000-ci illərin əvvəllərində “Ərgenekon” əməliyyatı zamanı həbsə alınanlardan 19 nəfər İstanbul 13-cü Cəza Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Sərbəst buraxılanların əksəriyyətinə ölkə ərazisini tərk etmək yasaq edilib. Onlar polis nəzarətinə verilib.

Müxalif Cümhurriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu 19 müttəhimin sərbəst buraxılmasını alqışlayıb.

“Ərgenekon” əməliyyatı 2000-ci illərin əvvəlində hakimiyyətə gələn Ərdoğan hökuməti tərəfindən hərbçilərə qarşı aparılıb. Bu əməliyyat zamanı aralarında generallar da olmaqla çoxsaylı hərbçilər həbs edilib. Onlara qarşı dövlət çevrilişi etmək, məscidləri bombalamaq, terror təşkilatları yaratmaq və s. ağır cinayətlər irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm