Nida.az
Rəsmi Bakı “Gecə canavarları”nın Qarabağa motoyürüşünü araşdırır
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın "Noçnıe Volki" (Gecə canavarları" adlı bayker qrupunun Ermənistana və qondarma "Dağlıq Qarabağ Respublikası"na motoyürüş planlaşdırması barədə yayılan xəbərlərə münasibət bildirib.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Publika.az-a bildirib ki, hazırda Azərbaycanın Rusiyadakı səfirliyi vasitəsilə bu qrupun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfəri məsələsi araşdırılır. Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ictimaiyyətə əlavə məlumat verəcək: “Ancaq onu da xatırlatmaq istərdik ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər Azərbaycanın "Dövlət sərhədi haqqında" qanunu və Miqrasiya Məcəlləsinin pozulmasıdır. Bu kimi əməllər eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə qarşı hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər”.
Vasif Həsənli
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər