Sarkisyan devrilə, Qarabağ azad oluna bilər – rusiyalı politoloq
Bizi izləyin

Nida.az

Sarkisyan devrilə, Qarabağ azad oluna bilər – rusiyalı politoloq

“İrəvanda elektrik tariflərinin artmasına etiraz olaraq etiraz aksiyaları davam edir və bu, Sarkisyanın devrilməsinə gətirib çıxara bilər. Lakin ümumi fikrə görə, Ermənistanda qərbyönümlü lider hakimiyyətə gəlsə, bu, Azərbaycanın əlini gücləndirəcək”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Pavel Svyatenkov deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla münaqişəli vəziyyətdədir: “Türkiyə ilə erməni məsələsinə görə problemlər yaşayır. Belə bir vaxtda qərbyönümlü liderin hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər. Yəni ABŞ-ın adamı iqtidarı ələ alacağı təqdirdə, Azərbaycan öz torpaqlarının azad olunması istiqamətində sürətlə hərəkata keçəcək və Qərb də buna dəstək verəcək. Ermənistanda bundan qorxurlar. Eyni zamanda, onlar Ukrayna ssenarisi ilə üzləşəcəklərindən və Rusiya ilə münasibətlərin pozulacağından ehtiyat edirlər. Qərbdə güclü himayəçilər tapsalar belə, son anda ABŞ onlara əyani dəstək verməyəcək”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm