Azərbaycanlı deputat Avronest PA-ya etiraz etdi
Bizi izləyin

Nida.az

Azərbaycanlı deputat Avronest PA-ya etiraz etdi

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest PA həmsədrlərinə və Büro üzvlərinə məktub ünvanlayıb.

Publika.az xəbər verir ki, millət vəkili məktubunda bildirib Avronest PA-ya etirazını bildirib.

“Katibliyin bu günlərdə göndərdiyi məktubda iki komitə üzrə məruzənin AP komponenti katibliyi, digər iki komitə üzrə isə ŞT komponentinin katıbliyi tərəfindən hazırlanması təklif edilir. Katibliyin məktubunda “ədalətli” bölüşdürülmə təklif edilsə də, AP komponenti katibliyinin Siyasi Komitə üzrə məruzəni götürdüyü bildirilir. Bununla bağlı bildirmək istərdik ki, Avronest PA-da hər iki komponent bərabər hüquqlara malikdirlər, AP ilə ŞT ölkələri bərabər hüquqlu tərəflərdirlər. Hesab edirik ki, AP katibliyinin Siyasi Komitə üzrə məruzə layihəsinin hazırlanmasını öz üzərinə götürməsi AP-nin ŞT ölkələrinə təsir vasitəsini saxlamaq cəhdi kimi qiymətləndirilməlidir. Biz dəfələrlə belə təzyiqlərin və ayrı-seçkiliyin şahidi olmuşuq. Misal üçün, AP-nin seçkiləri müşahidə missiyasının 2013-cü ildə Azərbaycanda prezident seçkilərini ədalətli və şəffaf seçkilər kimi qiymətləndirməsinə baxmayaraq, bu qurum müxtəlif qeyri-obyektiv və qərəzli bəhanələrlə 2015-ci ildə seçkilərə müşahidə missiyası göndərməməyi qərara alıb. Bununla yanaşı, AP deputatlarına da müstəqil şəkildə Azərbaycanda seçkiləri müşahidə etməyə qadağa qoyulub.
Azərbaycan nümayəndə heyəti qeyd edilənlər kontekstində Siyasi Komitənin məruzəsinin ilkin variantının AP komponenti katibliyinin hazırlamasına qəti etiraz edir və bu etiraz nəzərə alınmayacağı təqdirdə Siyasi Komitənin iclaslarına, o cümlədən Assambleyada həmin məruzənin müzakirələrinə qatılmayacağını bildirir”, - deyə millət vəkili qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm