Azərbaycan XİN-dən Köçəryana sərt cavab
Bizi izləyin

Nida.az

Azərbaycan XİN-dən Köçəryana sərt cavab

“Şavarş Köçəryanın söylədiyi fikirlər xüsusi şərhə layiq olmasa da, bu şəxsin institusional yaddaş zəifliyindən əziyyət çəkdiyini görərək, ona küçələrə çıxıb paytaxt İrəvan və ölkəni bürümüş kütləvi iğtişaşlara baxmağı xatırlatmaq istərdik”.

Publika.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Azərbaycan haqqında söylədiyi fikirlərini şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

“Demokratiya, insan hüquqları və tolerantlıq Ermənistan rəsmilərinin danışa biləcəyi ən sonuncu mövzudur, o ki qaldı digər dövlətlər barəsində şərh verilsin. Ermənistanın hərbi xuntasının yürütdüyü uğursuz daxili və xarici siyasətin, o cümlədən Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan bu gün tam iflas həddinə çatıb. Əhalisinin 50 faizdən artığı ifrat yoxsulluq şəraitində olan, xarici borcu ümumdaxili məhsulu bir neçə dəfə üstələyən, demoqrafik böhran şəraitində olan Ermənistan tarixi reallıqdan məhrum “mifik soyqırımı” digər ölkələrin parlamentlərində deyil, əsl faciəni Ermənistanın “njdexeizm” adlı faşist ideologiyasına xidmət edən hərbi diktatura rejiminin əməllərində axtarmalıdır”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm