Fuad Muradov İsrailin Azərbayacandakı səfiri ilə görüşüb
Bizi izləyin

Nida.az

Fuad Muradov İsrailin Azərbayacandakı səfiri ilə görüşüb

Fuad Muradov İsrailin Azərbayacandakı səfiri ilə görüşüb

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazla görüşüb.

Publika.Az xəbər verir ki, görüş zamanı F. Muradov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə səfiri məlumatlandırıb. Qeyd edib ki, tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni və humanitar əlaqələrin qurulması təşkilatın əsas hədəfidir. Səfir Rafael Harpaz öz növbəsində “Böyük İpək Yolu” BGT ilə əməkdaşlıq etməkdə maraqlı olduqalarını bildirib. Səfir vurğulayıb ki, təşkilatda İsrail gənclər qurumlarının təmsil olunması üçün müvafiq işlər aparılacaq. Görüş zamanı birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm