Bu gün KXCP-nin qurultayıdır - FOTO ( YENİLƏNİR)
Bizi izləyin

Nida.az

Bu gün KXCP-nin qurultayıdır - FOTO ( YENİLƏNİR)

KXCP-nin qurultayında BAXCP sədri Qüdrət Həsənquliyev KXCP üzvlərini təbrik edib. Qurultaya uğurlar arzu edib.

AXP sədri Pənah Hüseyn də KXCP üzvlərini təbrik edib, onlarla bir yerdə olduğunu bəyan edib. AMİP sədri cəbhəçilərə qarşıdan gələn seçkilərində uğurlar arzu edib. İnandığını deyib ki, qurultaydan sonra KXCP bütövlüyünü saxlayacaq. Müsavat partiyası adından İsa Qəmbər çıxış edib.

***

KXCP-nin qurultayında iştirak edən qonaqların çıxışı başlayıb. Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli KXCP üzvlərini təbrik edib. Ədalət Partiyasının sədri İlyas İsmayılov qurultayın partiya heyətində xüsusi rol oynadığını bildirib. O deyib ki, qurultay nöqsanları müəyyən etməyə və aradan qaldırmağa xidmət etməlidir. VİP sədri Əli Əliyev deyib ki, KXCP rəhbərliyi qurultaylararası müddətdə partiyanı ləyaqətlə təmsil edib. Qurultay davam edir.

***

KXCP-nin 3-cü qurultayı işə başlayıb. KXCP sədri M.Mirəlioğlunun çıxışından sonra dövlət himni səslənib. Qurultayda qonaqlarla yanaşı 300-dən çox qurultay nümayəndəsi iştirak edir. Hazırda KXCP sədri çıxış edir.

***

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının III qurultayı keçiriləcək. Bakının Əmircan qəsəbəsində yerləşən S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçiriləcək qurultayla bağlı son tamamlanma işləri aparılıb.

Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, hazırda Mədəniyyət Mərkəzində texniki hazırlıq işləri görülür.

Qeyd edək ki, qurultayda nizamnaməyə uyğun olaraq məsələlərə baxılacaq. Partiya sədrinin, Mərkəzi-Nəzarət Təftiş Komissiyası sədrinin və Ali Məclis sədrinin hesabatı dinləniləcək. Bunun ardınca seçkilər keçiriləcək. Sədr seçkisi olacaq və MNTK-nın tərkibi müəyyənləşəcək. Eyni zamanda, Ali Məclisin rayon-şəhər şöbələrindən seçilmiş üzvlərinin təsdiqi olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm