Mirmahmud Mirəlioğlu: “Bu, mənim vida qurultayımdır” - FOTO
Bizi izləyin

Nida.az

Mirmahmud Mirəlioğlu: “Bu, mənim vida qurultayımdır” - FOTO

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) bu günkü qurultayında sədr seçkisi keçirilib.

Publika.az xəbər verir ki, Mirmahmud Mirəlioğlu KXCP-nin yenidən sədri seçilib.

Səsvermədə iştirak edən 220 nəfər qurultay iştirakçısı lehinə, 2 nəfər əleyhinə səs verib. Bir nəfər bitərəf qalıb.

Seçkidən sonra M. Mirəlioğlu çıxış edib. Bildirib ki, bu qurultay onun partiyaya vidasıdır: “Növbəti qurultayda sədrliyə namizəd olmayacam. Ona görə də bu qurultay mənim sədr kimi vida mərasimimdir. Növbəti qurultayda sədrliyə başqa namizədlər olacaq. Hesab edirəm ki, gənclərə yeni imkanlar açmalıyıq. İstəyim də budur ki, gənclər önə çıxsın, idarəçiliyi ələ alsın. Partiyada sədrliyə layiq olan kifayət qədər insan var. Məni meydanda tək buraxmayın, alternativ olun və partiyanın inkişafı, böyüməsi üçün birgə çalışaq”.

Sonda qurultayın bəyannaməsi qəbul olunub.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm