Rusiya dağılacaq, Qarabağ problemi həll olunacaq – ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida.az

Rusiya dağılacaq, Qarabağ problemi həll olunacaq – ŞOK AÇIQLAMA

“Azərbaycan qazı Rusiyaya qarşı alternativ üçün Avropa Birliyinə lazımdır. Hesab edirəm ki, Avropa Birliyi ilə Cənubi Qafqazın yaxınlaşması prosesi uzun müddət davam edəcək və burada türk amili mühüm rol oynayacaq”.

Publika.az xəbər verir ki, bu barədə alman politoloqu Aleksandr Rara deyib.

Onun sözlərinə görə, Qərb və Rusiya düşmənçiliyi bir kənara qoya bilər: “Lakin Orta Şərqin problemi daha çətin həll olunacaq. Kommunizmin dağılmasından sonra Avropa Qərbin təhlükəsizlik məsələlərini Rusiyasız həll etməyə çalışır”.

Alman eksperti İranın Dağlıq Qarabağ münaqişəsində iştirakını da şərh edib.

“İrana qarşı sanksiyaların qaldırılmasından sonra bu, Rusiyaya tətbiq oluna bilər. Düşünmürəm ki, bu, bütün avropalılar tərəfindən yaxşı qarşılanacaq. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında iştirak edən ATƏT-in Minsk qrupuna İran dəvət olunmayacaq. Türkiyə regiona İran sülhməramlılarının daxil olmasını qəbul etməz. Bu, indiki halda İrana da lazım deyil. Çünki Tehranın Suriya, İraq, Yəmən kimi qayğıları var. İran indi təcrid olunmamağın yollarını axtarır. Cənubi Qafqaz vasitəsilə Avropa bazarlarına yol onun üçün uzaqdır. Ona görə də Mərkəzi Asiya bazarına daha çox diqqət verir”, - deyə o bildirib.

A. Rara qeyd edib ki, Avropa Birliyi Azərbaycanla yaxınlaşmanı tamamilə kəsərsə, Bakı üzünü Avrasiya İttifaqına çevirə bilər: “Lakin bunu Avropa istəməz. Avrasiyanın enerji bazarı da Azərbaycan üçün maraqlıdır”.

Ekspert perspektiv haqda bildirib ki, Rusiya dağılacaq və Ukrayna da daxil olmaqla, post-sovet məkanındakı münaqişələr həll olunacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm