Nida.az
Qarabağ azad olunur: Bakının bir ay vaxtı var – Təhlil
Vaşinqton Dağlıq Qarabağı qaytarır? ATƏT-in Minsk
qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Moskva səfərindən sonra
“İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır” deyə konkret
mövqe nümayiş etdirməsi bir sıra suallara yol açdı.
Ötən həftə baş verən proseslər də Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində yeni proseslərin baş verdiyini göstərir.
Xüsusilə iki səfər diqqət çəkdi.
Azərbaycan müdafiə naziri Zakir Həsənov Moskvaya səfər etdi. Bakı
ilə Moskva arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir və
bu cür səfərlər normal hal hesab olunur. Lakin Rusiyanın forpostu
olan Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın
eyni ərəfədə Vaşinqtona getməsi diqqətlərdən yayınmadı.
İlkin versiya belədir: Qarabağ münaqişəsi ilə
bağlı yeni situasiya yaranıb və Azərbaycan rəhbərliyi ölkənin
çıxarları baxımından manevrlərini genişləndirir. Ermənistan
ordusunun ikinci şəxsinin Vaşinqtona səfəri isə ilk baxışdan
mərkəzdənqaçma olaraq dəyərləndirilə bilər. Bu fonda Bakının daha
ağıllı manevr etdiyini deyə bilərik.
Lakin Ceyms Uorlikin məlum sözlərindən sonra Vaşinqtonun münaqişəyə
yanaşmalarının dəyişməsi haqda ehtimallar da unudulmamalıdır.
Görünür...
a) Vaşinqton münaqişənin həllində maraqlıdır. Ukrayna
böhranından sonra post-sovet məkanında dondurulmuş münaqişələrin
“açılması” istiqamətində prosesə hələ ötən ildən start
verilmişdi.
b) İşğal olunmuş 7 rayon Azərbaycana qaytarılır və Dağlıq
Qarabağın statusu məsələsi gündəmə gəlir. Erməni ordusunun ikinci
şəxsinin Vaşinqtona çağırılması da nələrinsə hazırlanması və
razılaşdırılması ilə bağlıdır.
Hazırlanan nələrsə məhz sentyabr ayında BMT Baş Assambleyasının
Nyu-Yorkda keçiriləcək sessiyasında Azərbaycan və Ermənistan
prezidentlərinin görüşünə qədər razılaşdırılmalıdır. Məhz həmin
görüşdə təkliflər prezidentlərin önünə qoyulmalıdır. Rusiya
prezidenti Vladimir Putinin də həmin sessiyada iştirakını nəzərə
alsaq, deməli, proses birtərəfli yox, Ağ Ev və Kreml tərəfindən
ssenariləşdirilir.
Amma nə? Erməni mediası iddia edir ki, ABŞ Dağlıq
Qarabağ üzrə beynəlxalq sülhməramlı qüvvələrin yaradılması haqda
BMT-nin yeni qətnaməsinin qəbulunda maraqlıdır. Tonoyanın ABŞ-a
səfəri də bununla bağlıdır. Onun Nyu-Yorkda BMT-nin sülhməramlılar
üzrə xüsusi nümayəndəsi ilə görüşməsi də ehtimalları artırır.
Sülhməramlıların Qarabağa yerləşdirilməsi Bakıya sərf
edirmi?
Bu məsələ artıq uzun müddətdir ki, gündəmdədir. Xüsusilə Rusiya öz
qoşunlarını burada yerləşdirmək niyyətindən heç vaxt əl çəkməyib.
Lakin Bakı buna heç vaxt icazə verməyib. Çünki bu, üzdəki düşmənin
geri çəkilməsi və pərdəarxası qüvvənin ortaya çıxması, beləliklə,
müharibəin daha böyük güclə aparılması deməkdir.
Lakin indiki situasiyada sülhməramlılar Azərbaycana o vaxt sərf
edər ki, işğal olunmuş ərazilər geri qaytarılır, öz evlərindən
qovulmuş qaçqın və məcburi köçkünlər geri qaytarılır, Dağlıq
Qarabağın statusu Azərbaycanın tərkibində həll olunur və yalnız BMT
səviyyəsində olan sülhməramlılar müvəqqəti olaraq regionda
təhlükəsizliyin qorunmasını həyata keçirirlər. Amma bu məsələ
gündəmə gələndə rəsmi Bakı haqlı olaraq BMT-nin dörd qətnaməsini
əsas gətirəcək ki, belə olanda da İrəvan öz qeyri-konstruktiv
mövqeyindən əl çəkmək istəməyəcək. Hər-halda situasiya hazırda
mürəkkəb olaraq qalır və sentyabrda məsələyə aydınlıq gələ
bilər.
Burada Vaşinqton və Kremlin hansı maraqlardan çıxış etməsi də
diqqət çəkir.
Birləşmiş Ştatların işğal olunmuş torpaqları
Azərbaycana qaytarmaq mövqeyində olduğu görünür. İndiyə qədər bu
tipli çıxışlar daha çox söz oyunu idisə, hazırda bunun real
olduğunu düşünə bilərik. Xüsusilə, Vaşinqtonun enerji savaşında
qurduğu ssenarilərin gerçəkləşməsində Bakıya ehtiyacı böyükdür və
güman ki, Azərbaycan rəhbərliyi ərazi bütövlüyü məsələsini Ağ Ev
təmsilçilərinin qarşısında irəli sürüblər. Vaşinqton münaqişəni
həll etməyə həm də ona görə maraqlıdır ki, Ermənistan blokadadan
çıxacaq, uzaq perspektivdə olsa belə Rusiyanın boyunduruğundan
qurtulacaq və Gürcüstanı ələ alan Birləşmiş Ştatlar Cənubi Qafqazın
iki ölkəsi arasındakı problemi həll etməklə regionda hakim qüvvəyə
çevriləcək.
Rusiyanın buna razı olması hələ də sual
altındadır. Hesab etsək ki, Moskva ərazilərin qaytarılması və BMT
sülhməramlılarının Qarabağa yeridilməsinə razıdır, o zaman sual
yaranır: Rusiya öz xoşu ilə regiondakı gücündən niyə imtina edir,
yaxud burada onların hansı maraqları var? Bu sualın cavabı hələ ki
açıq olaraq qalır. Yalnız onu ehtimal edə bilərik ki, Rusiya
hazırda düşdüyü çətin vəziyyətdən çıxış yolları axtarır və Şərqi
Avropa, həmçinin, Şərqdə mövcud gücünü saxlamaq üçün Cənubi
Qafqazdan imtina edir. Yəni “Əli xilas etmək üçün barmağı
qurban vermək” prinsipi.
Bizə düşənsə Nyu-York görüşündən sonra açıq qalan suallara cavab
tapmaq imkanının yaranacağına ümid etməkdir.
Asif Nərimanlı
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...