• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Erməni generallar boşboğazlıq edir”

  • Nida.az
  • 5 Avqust 2015 18:56
  • 580 Baxış
“Erməni generallar boşboğazlıq edir”

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın ABŞ-la əməkdaşlığın Ermənistanın təhlükəsizliyinin tərkib hissəsi olması haqda bəyanatını boşboğazlıq adlandırıb.

Publika.az xəbər verir ki, R. Musabəyov Ermənistanın Rusiyadan asılılığının gücləndiyinə diqqət çəkib: “Hər iki ölkəni parlament üzvlərinin görüşündə ermənilər ruslardan onları alçaltmamağı xahiş edirlər. Çünki Rusiya deputatlarının istifadə etdikləri frazalar erməniləri əsəbiləşdirir. Ona görə də erməni generalları ABŞ-la münasibətlər haqda boşboğazlıq etməklə həm də ruslardan əvəz alırlar. Lakin hər şeyə rəğmən, Ermənistan-Rusiya münasibətlərinin varlığı dəyişməyəcək. Bütün hadisələrin gedişatı göstərir ki, siyasi, iqtisadi, xüsusilə hərbi baxımdan Moskvanın Ermənistan üzərində təsiri güclənir. Bu fonda Rusiyanın Ermənistana 200 milyon dollarlıq hərbi kredit verməsi diqqət çəkir. Burada qeyri-adi heç nə yoxdur. Axı Rusiya dəfələrlə Ermənistana həcmi milyardlarla ölçülən pulsuz hərbi yardımlar edib. Lakin bu köhnəlmiş sovet hərbi yardımı idi. Buna görə də son 200 milyonluq hərbi yardım zamanı ermənilər Rusiyadan “İskəndər M” raketlərini alacaqlarını iddia etməklə vəziyyətdən çıxmağa çalışdılar”.

Politoloq qeyd edib ki, Ermənistan son illər hərbi xərclərə 400-500 milyon dollar ayıra bilir: “Həmçinin, 100-150 milyon dollar da qondarma “DQR” “ordusuna” ayrılır. Ermənistanın ağır iqtisadi durumunda bu, böyük yükdür. Buna görə də Rusiyanın verdiyi 200 milyon dollar bu ölkənin hərbi gücünü artırmayacaq. Lakin hazırki böhranlı vəziyyətdə bu Serj Sarkisyan rejimi üçün həyati əhəmiyyət daşıyır. Belə bir vəziyyətdə Ermənistanın ABŞ-la hansı hərbi əməkdaşlığından söhbət gedə bilər? Bu, sadəcə boşboğazlıqdır”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR