Millət vəkillərimiz AŞ PA komitələrinin iclaslarında iştirak edəcəklər
Bizi izləyin

Nida.az

Millət vəkillərimiz AŞ PA komitələrinin iclaslarında iştirak edəcəklər

Azərbaycan Parlamentinin deputatları AŞ PA komitələrinin iclaslarında iştirak edəcəklər.

Azərbaycan Parlamentinin deputatları AŞ PA komitələrinin iclaslarında iştirak edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) komitə iclaslarında iştirak etmək üçün martın 12-dən 15-dək Fransada səfərdə olacaqlar.

Deputatlarımız qurumun Paris şəhərində keçiriləcək Sosial sağlamlıq və səhiyyə, həmçinin Miqrasiya, qaçqınlar və əhali üzrə komitələrinin iclaslarında iştirak edəcəklər.

Toplantıda Avropada uşaq səfalətinin aradan qaldırılması, uşaqlara qarşı cinsi zorakılıqla mübarizə, sünnət məsələsinə dair dinləmələr, qadınlarda döş xərçəngi xəstəliyinin qarşısının alınması ilə bağlı profilaktik tədbirlər, Avropada yeni qaçqın məskənlərinin salınması, onların işlə təminatı, miqrant uşaqların problemləri və digər məsələlər müzakirə ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm