Arif Hacılı ilə Mirmahmud Mirəlioğlu toqquşdu - Qalmaqal
Bizi izləyin

Nida.az

Arif Hacılı ilə Mirmahmud Mirəlioğlu toqquşdu - Qalmaqal

Müsavat Partiyası ilə Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) arasında qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, buna səbəb Müsavat Partiyası başqanı Arif Hacılının açıqlaması olub.

“25 il əvvəl Azərbaycan Xalq Cəbhəsini bizim idarə etdiyimiz zaman bu təşkilatda bütün seçkilər gizli səsvermə ilə keçirilirdi. Hətta AXC-yə üzvlük şifahi idi, amma seçkilər gizli. Gizli seçkilər demokratik idarəçiliyin əsas şərtidir. Gizli səsvermə, alternativlilik, təbliğat və əks təbliğat imkanları, paritet əsaslarla formalaşan, etimadlı seçki komissiyalarının yaradılması seçkilərin azad və ədalətliliyini müəyyən edən əsas şərtlərdir. Biz bu şərtlərin zəruriliyini daim təbliğ etməklə yanaşı, bu şərtlərə həmişə əməl etmişik. Təəssüf ki, bu gün AXC-nin törəmələri olan əksər təşkilatlarda seçkilərin açıq keçirilməsi ilə uzun illər bundan əvvəl müəyyən etdiyimiz qaydalardan imtina edilib”, - deyə A. Hacılı “facebook” səhifəsində KXC-nin avqustun 1-də keçirilən qurultayında açıq səsverməyə münasibət bildirərkən yazıb.

KXCP sədri Mirmahmud Mirəlioğlu Publika.az-a açıqlamasında A. Hacılının fikirlərinin heç nəyə əsaslanmadığını bildirib: “Hər bir təşkilatın nizamnaməsi var və ən ali orqan olan qurultay bu nizamnaməyə uyğun şəkildə səsvermənin açıq, yaxud gizli keçirilməsinə qərar verir. Bəziləri məsələləri qarışdırır. AXC tarixində cəmi bir dəfə Əbülfəz Elçibəyin qatıldığı sədr seçkisi gizli keçirilib. Buna səbəb isə alternativ namizədin olması idi. Ondan başqa gizli səs vermə olmayıb”.

M. Mirəlioğlu dəvət olunmasına baxmayaraq, KXCP-nin qurultayına gəlməyən Arif Hacılıya “buna görə onlara təşəkkür edirik” deyə cavab verib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm