Konqresin qərarı anti-Azərbaycan planını ifşa etdi
Bizi izləyin

Nida.az

Konqresin qərarı anti-Azərbaycan planını ifşa etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının İntizam Komitəsi 2013-cü ilin mayında Azərbaycan və ABŞ əməkdaşlığına həsr olunmuş Bakı forumuna qatılan amerikalı konqresmenlərlə bağlı apardığı tədqiqatın nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, tədqiqat “Vaşinqton post” qəzetinin Bakıya gələn konqresmenlərin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən gizli maliyyələşdirildiyi haqda iddialar əsasında başlamışdı. Lakin İntizam komitəsi müəyyən edib ki, Konqres üzvləri tərəfindən hər-hansı normalar pozulmayıb. Onların Bakı səfəri rəsmi icazə əsasında baş tutub və yerli hakimiyyət əvvəlcədən bütün xərcləri qarşılayacağını açıq şəkildə bəyan etmişdi.

Obyektiv fəaliyyəti ilə seçilən bir sıra ABŞ KİV-ləri məsələyə diqqət ayırıb.

“Faktiki olaraq bu insanlar Vaşinqtonun uzaq Qafqaza ciddi münasibətini göstərdilər. Kapitolidəki kabinetlərindən çıxmadan yalnız danışmaq mənasızdır. Bakıya səfər edən Konqres üzvləri isə həm region, həm də Azərbaycanla bağlı ABŞ-ın milli maraqlarına xidmət ediblər”, - deyə Amerika KİV-ləri bu barədə yazırlar.

Qeyd edək ki, bu iddialar gündəmə gələndə bir sıra yerli və xarici ekspertlər prosesin məhz anti-Azərbaycan şəbəkəsi tərəfindən start verildiyini bildirirdi. Xüsusilə ABŞ-dakı erməni lobbisi Azərbaycan haqda mənfi ictimai rəy formalaşdırmağa hesablanmış plan qurmuşdular. Lakin Konqresin bu qərarı planları da alt-üst etdi.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm