• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri payızda görüşəcəklər

  • Nida.az
  • 7 Avqust 2015 15:53
  • 271 Baxış
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri payızda görüşəcəklər

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işləri nazirlərinin növbəti görüşü bu ilin noyabrında keçiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Onun sözlərinə görə, görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, tərəflərin ilk üçtərəfli görüşü 2012-ci ilin iyununda Türkiyənin Trabzon şəhərində keçirilib. İndiyədək bu formatda 4 görüş baş tutub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR