Nida.az
İstanbul Universitetinin rektoru Bakıya dəvət edildi - FOTO
Martın 11-də Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov İstanbul Universitetinin rektoru Yunus Söylet ilə görüşüb.
Konsulluqdan Publika.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanda aparılan sosial-iqtisadi və siyasi islahatlar, əldə edilmiş uğurlar, dövlət tərəfindən elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğı, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə rektora məlumat verilmişdir. Baş konsul Y. Söyleti Azərbaycana səfərə dəvət edib.
Dəvətə görə təşəkkürünü bildirən rektor hazırda İstanbul Universitetində 74 azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırmış və rəhbərlik etdiyi təhsil müəssisəsinin Azərbaycanın dörd ali təhsil ocağı ilə əməkdaşlıq haqqında protokollar imzaladığını qeyd etmişdir. Son zamanlar İstanbul Universitetində görülən işlər və tədris sahəsində tətbiq olunan yeniliklər barədə danışan rektor Azərbaycandakı tərəfdaşları ilə təcrübə mübadiləsi həyata keçirdiklərini söyləyib.
Görüşdə tərəflər elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq universitetlə Baş konsulluğun birgə layihələr həyata keçirməsi və müxtəlif tədbirlərin təşkili barədə razılıq əldə etmişlər.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.Baş konsul İstanbul Universitetinin rektoruna əllə toxunmuş Azərbaycan xalçası hədiyyə edib.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov