Dünyanın Türkiyə və Azərbaycan qorxusu - “Bakı və Ankara super güc olacaq” - VİDEO
Bizi izləyin

Nida.az

Dünyanın Türkiyə və Azərbaycan qorxusu - “Bakı və Ankara super güc olacaq” - VİDEO

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) leqal üzü hesab olunan “Stratfor” Araşdırmalar Mərkəzinin direktoru, məşhur amerikalı politoloq Corc Freedman yaxın gələcəkdə Qafqazda və bu çevrədəki regionda dəyişəcək siyasi tarazlığı açıqlayıb.

Publika.az xəbər verir ki, C. Freedman Ankara və Bakının güclü bir ittifaq qurduqlarını və yaxın gələcəkdə bu güclərin böyük söz sahibinə çevriləcəyini bildirib.

Türkiyənin “A haber” telekanalının ötən ay hazırladığı reportajda C. Freedman deyir: “Türkiyə Orta Şərqi, Orta Asiyanı və Balkanları ələ alaraq böyük bir gücə çevriləcək. Paytaxt Ankaradan İstanbula köçürüləcək. Ağdəniz və Qara dəniz türk gölünə çevriləcək. Neo Osmanlı nəzəriyyəsi gerçəkləşəcək və Türkiyə Osmanlı imperiyasına yenidən hökm edə biləcək”.

Amerikalı politoloq artıq bu prosesin başladığını vurğulayıb.

“Artıq bu prosesin izlərini görə bilirik. Türkiyə İslam coğrafiyasında getdikcə digər ölkələr üzərində təsir imkanlarını genişləndirir. Balkanlarla da öz təsirlərini artırır. Qafqazda Azərbaycan və Gürcüstanla güclü bir ittifaq qurdu. Bu ölkənin iki özünəməxsus xüsusiyyəti var. Güclü ordu və canlı iqtisadiyyatı. Hazırda Türkiyə iqtisadiyyatına görə dünyada 17-ci yerdədir və hesab edirəm ki, 2020-ci ilə qədər o, onluğa daxil olacaq. Qısası regionalı güc ola bilmək üçün Türkiyənin hər şeyi var. Əsas əngəl daxili problemlərdir. Lakin Türkiyə bu problemi aradan qaldıra biləcək. Hazırda onun super güc olmağa psixoloji durumu hazır deyil. Türkiyə psixologiyasını super güc olmağa hazırlamalıdır. Yaxında Avropa Birliyi böhranla birgə çökmə prosesinə girəcək və Türkiyənin daha bu birliyə ehtiyacı qalmayacaq. Əksinə avropalılar Türkiyə ilə çox maraqlanacaqlar. ərəb dünyası da Türkiyənin hökmünü qəbul edəcək”, - deyə C. Freedman bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm