Azərbaycan və Ermənistan arasında dialoqun yeni yolları müzakirə ediləcək
Bizi izləyin

Nida.az

Azərbaycan və Ermənistan arasında dialoqun yeni yolları müzakirə ediləcək

Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun yeni yolları müzakirə ediləcək

ATƏT-in Minsk qrupu Rusiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını və münaqişə tərəfləri arasında dialoqun yeni yollarını müzakirə edəcək. Publika.Az xəbər verir ki, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

C.Uorlik qeyd edib: "Rusiyada Dağlıq Qarabağla bağlı bugünkü görüşü səbirsizliklə gözləyirik və Fransa ilə birlikdə münaqişənin dinc yolla nizamlanması məsələləri üzərində çalışırıq".

Onun sözlərinə görə, Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyanla danışıqlar bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına can atdığını təsdiq edir.

Uorlik yazır: "Dialoq variantlarının axtarışını davam etdirəcəyik".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlı narahatlıq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm