Nida.az
ABŞ inqilab, Rusiya xaos, dünya “Böyük faciə” yaşayacaq – keçmiş agentin açıqladığı ŞOK SİRR
“Rusiyaya qarşı mübarizə hər şeydən öncə Vaşinqtonun imperiya maraqları ilə bağlıdır”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ
ordusunun terrorizmlə mübarizə üzrə keçmiş zabiti Skott Bennet
deyib.
Amerikalı zabit Vladimir Putini Ronald Reyqanla müqayisə edib:
“Putin Rusiya üçün son 100 ildə ən yaxşı rəhbərdir. Reyqan ABŞ üçün
etdiklərini o da Rusiya üçün edir. Putin ötən əsrin 80-ci illərində
kəşfiyyatda olanda hər şeyi müşahidə edirdi. Həmçinin, onun özünü
də əsas fiqur kimi izləyirdilər. Lakin onu öz ölkəsini talan
etməkdə ittiham etmək gülüncdür. O, SSRİ dağılmağa başlayanda
rusların yanında durdu və öz xalqını xilas etməyə çalışdı. ABŞ isə
Rusiyanı ümumiyyətlə məhv etmək istəyirdi. ABŞ administrasiyası
ailə dəyərlərini məhv etmək siyasətini aparır, müdaxilə etdikləri
İraqda, Liviyada, Ukraynada bu dəyərləri alt-üst edirlər. İndi də
İrana hücuma keçiblər. Putin isə ailə dəyərlərini qoruyan
mühafizəkardır, həmçinin ABŞ rəhbərliyindən daha
intellektualdır”.
ABŞ ordusunun keçmiş zabiti iddia edib ki, Amerikada yavaş-yavaş
inqilab baş verir: “11 sentyabr yalanları haqda artıq xalqın
məlumatı var. Bunu anlayan xalq Çin, İran və Rusiya ilə dostluq
münasibətlərini bərpa etməyə çalışacaq”.
S. Bennet Obama administrasiyasının tənqidlərinə
görə onu təqib etdiyini də bildirib.
Keçmiş zabit ABŞ-ın növbəti planları haqda şok açıqlamalar verib.
“İŞİD-in yaradılması Obama administrasiyası üçün əsas
məqsədlərdən biri olub. İndi “Union Bank of Switzerland”, HSBC və
Vaşinqtondakı “Covington&Burling” firması və Səudiyyə
Ərəbistanının köməyi ilə Yaxın Şərqdə vəhhabilərin və sələfilərin
tamamilə təşkilatlanmasını reallaşdırmaq məqsədi var. İrana və
Rusiyaya qədər təsir edəcək böyük xaos planı hazırlanıb. Və hesab
etmək olar ki, böyük faciələr olacaq. Çünki Yaxın Şərqdə ABŞ-ın
müharibələrindən sonra böyük miqrant axını var. Avropa xalqları isə
böhrandan sonra onların heç birini qəbul etmək istəmir. Bu daha
böyük faciəyə yol açacaq”, - deyə S. Bennet qeyd edib.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!