• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Söhbət Arif Hacılıdan gedir...”

  • Nida.az
  • 12 Mart 2014 11:38
  • 1 239 Baxış
“Söhbət Arif Hacılıdan gedir...”

Demokratik Maarifçilik Partiyasıının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. Publika.Az həmin yazını təqdim edir.

Ukraynada baş verən proseslər hələ yenicə vüsət almışkən bunları söyləmişdik: Beynəlxalq güclər sona qədər taraz bir siyasət nümayiş etdirə bilməyəcək. Hətta özləri istəsə belə. Niyə? Çünki, ortalıqda dövr edən çox aktual suallar, eyni zamanda nüanslar var. Əvvəla, Ukraynada meydanlara xalq deyil, Qərbin maliyyəsi ilə qidalanan təşkilatların nümayəndələri çıxmışdı. Ya da eyni formatda olan təəssübkeşlər. İkincisi, hazırda Ukrayna üçün xarakterik olan siyasi lider defisiti bu ölkədə baş verən ya da verə biləcək istənilən qarşıdurmanın həllindən çox qeyri-həll imkanlarını özündə ehtiva edir . Yəni, vəziyyətin qəlizləşmə ehtimalı onun düzəlmə ehtimalından daha çoxdur.

Və nəhayət, üçüncüsü..Ukraynada böhranı gətirən səbəb“Maydan” və hakimiyyət arasında olan anlaşılmazlıq deyildi. Ta başlandığı gündən etibarən. Bu Avrointeqrasiya ilə Gömrük İttifaqının ortaya çıxardığı zərurət idi. Həm də demək olar bütün post-sovet dövlətlərinin qarşılaşmış olduğu birmənalı məhkumiyyətdən doğan zərurət! Sadəcə baş verən proseslərin sonucunda(fonunda) kimsə qurban getməli idi. Və, həmin qurbanlıq taleyi də Ukraynanın bəxtinə düşmüş oldu.

İtirən isə bütün hallarda xalqdır. Nəyin niyə baş verdiyini şirin xəyallarından və ovsunlanmış beynindən savayı heç bir yerdə çözə blməyəcək xalq. Həm də himayəsiz qalan xalq!

***

İlkin dönəmlərdə Qərb özünə əl qatmışdı: Ukrayna hakimiyyəti növbədən kənar Prezident seçkilərinə getməlidir, müxalifətə qarşı loyallaşmaq lazımdır və s – deyə. Hətta söylədiyim konkret nüanslarla bağlı Avropa dövlətləri ilə qeyri-rəsmi razılıq belə əldə olunmuşdu. Sonuc? –Hamısı qaçdı. Həm də dabanına tüpürüb qaçdı. Digər tərəfdən isə Rusiya sayı-hesabı olmayan milyardları Yanukoviçin sərəncamına təslim edirdi. Nəticə oldumu? Yenə də olmadı. Və bilirsinizmi niyə olmadı? Çünki, fövqəl-dövlətlərin himayə anlayışı öz qüvvəsini yalnız proses nəzarətdən çıxana qədər saxlayır. Və ya, elə ki bir dövlətin ayağı çuxura girdi, onu qaldırmağa deyil, bir az da üzü aşağı batırmağa çalışırlar. Eynən bu gün Ukraynanı batırdıqları kimi...

Krımda aləm dəyib bir-birinə. Vəziyyət inanılmaz kritikdir. Eyni zamanda kritik olduğu qədər də kuryoz. Və ya Rusiya əraziyə faktiki qoşun yeridib, Amerika və Avropa dövlətləri isə hələ mənəvi dəstək verməklə məşğuldur. Bir də ara-sıra lüzumsuz sanksiyalar tətbiq etməklə. Oysa, kimə lazımdır sənin mənəvi dəstəyin, boş-boş söz oyunların? - Ortalığı qarışdır, aləmi bir-birinə qat , axırda da müdafiə eləyirəm dediyin dövləti apar Rusiyanın caynağına at. Ki, iş bilmişəm. Əlin də ovcunda dayan. Nə olar-olar...

Əcəb dəstəkdir amma!

Yaxşı bəs o zaman qırğına verdiyiniz insanların günahı nədir? Əl oyuncağına çevirdiyniz beynəlxalq hüququn mahiyyəti nədir?

Hələ sanki çox əlahiddə bir işin öhdəsindən gəlibmişlər kimi bu estafetin davamına da iddia eDirlər. Və ya demək olar bütün post-sovet dövlətlərində qərarlaşan səfir və diplomatları çox açıq bir formada siyasi proseslərə sövq elətdirirlər. Niyə? Nəyin müqabilində? Hansı üzlə? - Bax bu sualların cavabı kimsəyə məlum deyil. Təbii, özlərindən başqa. Və deyim ki, son Prezident seçkilərindən sonra Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstarın qeyri-ənənəvi aktivliyi də elə söylədiyim qəbildəndir. Sadəcə bunlara təlimatın detallı məğzi izah olunmur: Qarmağı at, təzyiq altında saxla, sonrasına baxarıq - prinsip budur. Eyni zamanda Morninqstarın timsalında son zamanlar izləmiş olduğumuz abstrakt və rabitəsiz fəaliyyət də çox güman haqqında danışdığım səbəblər toplusu ilə birbaşa əlaqəlidir...

***

Və, son olaraq...

Yəqin məlumatınız var. Müsavat funksionerlərinin Krıma doğru yol almasından. Necə deyərlər, burdakı siyasəti abıra salıb qurtardılar, bir qaldı Ukrayna... Əlqərəz, söhbət Arif Hacılı və Gülağa Aslanlıdan gedir. Hərçənd söhbətləri nə vaxtdır getsə də özləri Ukraynaya gedib çıxa bilməyiblər. Və ya Rusiya sərhədində nə oyun çıxarıblarsa dərhal həbsə atılıb, ardınca da Azərbaycana deportasiya olunublar.

Əslində sözüm bunda deyil. Hadisədir, hər bir insanın başına gələ bilər və s ilaxır. Sadəcə maraqlı olan Rusiya hüquq mühafizə orqanlarının eyni adlı həbslə bağlı verdiyi bəyənat idi. Həm də bir cümlədən ibarət bəyanat: “Azərbaycan vətəndaşları səs-küy saldıqlarına və ümumi davranış qaydalarına riayət edə bilmədiklərinə görə cəzalandırılıb və Rusiya sərhədlərindən geri qaytarılıb”

P.S Ay Maşallah! Biz elə bilirdik problem yalnız daxildədir. Oysa, bunların heç bayırlığı da yox imiş ki...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR