Saakaşvili Bakının da daxil olduğu plan hazırladı, ruslar ayağa qalxdı – Qarşıdurma
Bizi izləyin

Nida.az

Saakaşvili Bakının da daxil olduğu plan hazırladı, ruslar ayağa qalxdı – Qarşıdurma

Gürcüstanın keçmiş prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Azərbaycanın da əsas iştirakçılarından olduğu “İpək yolu” layihəsinin Rusiyadan yan keçməklə Ukrayna vasitəsilə çəkilməsini təklif edib.

Publika.az xəbər verir ki, M. Saakaşvili “Beşinci kanala” müsahibəsində Asiyadan Avropaya çəkiləcək bu marşrutun Ukraynadan keçməsini ən sərfəli variant adlandırıb: “Layihənin reallaşdırılması üçün Ukraynanın cənub-qərbində yerləşən Reni şəhərinə qədər avtomobil yolunu, Dnestr limanında körpünü inşa etmək və Kiyevə qədər olan yolu yenidən təmir etmək lazımdır. Çindən Rusiya vasitəsilə Avropaya gələn bütün yükləri İliçevskdə köçürmək olar. “İpək yolu” layihəsi mövcuddur və bu Rusiya vasitəsilə 30 günə daşınmanı həyata keçirə biləcək. Lakin İliçevsk vasitəsilə bu maksimum 9 günə reallaşa bilər”.

Qeyd edək ki, “İpək yolu” qədim tarixdən bəri Asiya ilə Avropanı birləşdirib və Azərbaycan bu marşrutda əsas ölkələrdən biri olub. Qədim yolun yenidən inşası ideyasını 2013-cü ildə Çin lideri Si Szinpin irəli sürüb. Bu tranzit üzrə daşına biləcək malların ümumi həcmi 21 trilyon dollar civarında hesablanır. Marşrutun keçəcəyi əsas ölkələrdən biri də Rusiyadır. Məhz buna görə də ruslar Saakaşvilinin “İpək yolu” ideyasına etiraz edir və Saakaşvilinin ideyasını qeyri-real adlandırırlar. Layihə ilə bağlı Pekinlə Moskvanın apardığı danışıqlar da keçmiş Gürcüstan prezidentinin ideyasının reallaşacağı ehtimallarını azaldır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm