General ordudan çıxarılmasından danışdı
Bizi izləyin

Nida.az

General ordudan çıxarılmasından danışdı

General ordudan çıxarılmasından danışdı


Azərbaycan Silahlı Qüvvələrinin sıralarından təxris olunan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi, tibb xidməti general-mayoru Dağlar Abdullayev ordudan çıxarılmağından danışıb. General-mayor Publika.Az -a açıqlamasında təxris olunduğunu təsdiqləyib. Lakin, o, Müdafiə Nazirliyinin icazəsi olmadan danışmaq istəmədiyini deyib: “Bu barədə mən indi danışa bilmərəm. Ən yaxşısı, nazirliklə məsləhətləşin, sonra mənə müraciət edin. İndi danışmağım doğru olmaz”.

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyində çalışmış 7 general - sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi, tibb xidməti general-mayoru Dağlar Abdullayev Silahlı Qüvvələrin sıralarından azad olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm