• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qüdrət Həsənquliyev yeni təkliflər verdi

  • Nida.az
  • 12 Mart 2014 12:26
  • 1 115 Baxış
Qüdrət Həsənquliyev yeni təkliflər verdi

BAXCP sədri: "Naxçıvanla bağlı yalan informasiyalar yayılır"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deputat seçildiyi Culfa-Ordubad seçki dairəsindən, seçicilərinin problemlərindən, habelə Naxçıvandakı durumdan danışıb.

Millət vəkili bildirib ki, hazırda onun köməkçisi rayonda işləyir, onun telefon nömrələri hər bir seçicidə var. Onun sözlərinə görə, özü də rayona gedərkən mütəmadi olaraq seçiciləri ilə görüşür, onların problemlərini həll etməyə çalışır:

"Milli Məclisdə büdcə müzakirə olunan zaman dəfələrlə təklif etmişəm ki, Naxçıvana daha çox vəsait ayrılsın. Büdcə vəsaitindən əlavə olaraq Naxçıvanın inkişafı ilə əlaqədar olaraq proqramlar qəbul olunmalıdır. Vaxtilə Ordubadda böyük konserv zavodu, baramaçılıq fabriki olub. Mənim yaşadığım kənddə iki şərab zavodu fəaliyyət göstərib. Amma SSRİ dağıldıqdan sonra bu zavodların çənlərini kəsib satdılar. Üzümçülük ümumiyyətlə məhv olub gedib. İndi əsasən taxıl əkirlər. Amma üzümçülükdə hər kola qulluq etmək lazım gəlirdi. İndi bunlar yoxdur. Hazırda Naxçıvanda Çindən gətirilən avtomobilləri yığırlar. Son dəfə Əmək və Əhalinin Müdafiəsi Nazirliyi əlillər üçün Naxçıvanda istehsal olunan avtomobillərdən alıb. Normal və komfortlu avtomobillər istehsal edirlər. Qiymətləri də uyğundur. Ona görə təklif edirdim ki, xüsusi proqram qəbul edək, Naxçıvan minik avtomobillər istehsal edən regiona çevrilsin. Hazırda avtomobil detalları Çindən gətirilir və burada yığılır. Ancaq avtomobilin bəzi detalları Naxçıvanda istehsal oluna bilər.

Məsələn, Gəncəni də yük və nəqliyyat avtomobil mexanizmləri istehsal edən mərkəzə çevirmək olar. Bunu etmək mümkündür. Amma bunun üçün dövlət xüsusi proqram qəbul etməli və investisiya yatırmalıdır".

Deputat həmçinin deyib ki, Naxçıvanla bağlı bəzən yalan və əsası olmayan informasiyalar yayılır. Xəbər yayırlar ki, Naxçıvanda çayxanalar bağlanıb, ailələrdə təndirdə çörək bişirməyə qadağa qoyulub: "Bunlar ciddi informasiya deyil. Sonuncu dəfə biz Naxçıvanda Alman Fondu ilə birgə tədbir keçirmişik. Tədbirdən sonra mən həmkarım Fazil Mustafa ilə şəhərin mərkəzində, bağın içərisində əyləşib çay içmişik. Bir müddət kampaniya apardılar ki, Naxçıvanda təndirlər doldurulur və ya qadağan edilir. Burada heç bir qadağa yoxdur. Mən bunu həmin ərazinin deputatı olaraq deyirəm. Siz gedin Naxçıvana, bu haqda xanımlardan soruşun. Hamısı Vasif Talıbovun ölənlərinə rəhmət oxuyacaq. Mən öz anamın təndiri yandıranda nə qədər tüstü udduğunu, əziyyət çəkdiyinin canlı şahidi olmuşam. 50 kiloqramlıq un kisəsini təndirə yapmaq üçün aşağısı min dəfə əyilib qalxmaq lazım gəlirdi.

Üstəlik, Naxçıvanda meşə zolağı azdır. Hazırda Naxçıvanın ən ucqar kəndində yüksək təzyiqli qaz var. Naxçıvanın kəndində qadınlar çörək sexinə zəng edirlər ki, məsələn, bu gün bizə iki dəst çörək gətirin. Sexin nümayəndəsi də gətirib verir. Hələ deyirlər ki, pulun yoxdursa, olanda gətirib verərsiniz. Çünki kənddə hamı bir-birini tanıyır. Elə bir qadın olmaz ki, buna görə, Naxçıvan rəhbərliyini təqdir etməsin. Amma başqa rayonlarımızda olan problemlər Naxçıvanda da var. Əslində, qadınların əziyyəti bir qədər yüngülləşdirilib".

Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR