Prezident Oqtay Şirəliyevlə Hicran Hüseynovanı “Şöhrət” ordeni ilə təltif etdi
Bizi izləyin

Nida.az

Prezident Oqtay Şirəliyevlə Hicran Hüseynovanı “Şöhrət” ordeni ilə təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif edilsin".

X X X

Prezidentin başqa bir sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Oqtay Şirəliyev də “Şöhrət” ordeni ilə təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm