AB Azərbaycanın seçkilərlə bağlı gördüyü işləri alqışlayır
Bizi izləyin

Nida.az

AB Azərbaycanın seçkilərlə bağlı gördüyü işləri alqışlayır

Avropa Birliyi Azərbaycanda seçkilərin şəffaf keçirilməsi istiqamətində atılan addımları alqışlayır.

Trend-in məlumatına görə, bunu AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Mərkəzi Seçki Komissiyası ilə AB-nin Bakıda birgə təşkil etdiyi seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, noyabr ayında Azərbaycanda keçiriləcək növbəti parlament seçkisi ölkəyə diqqəti artırıb və beynəlxalq müşahidəçilər bu seçkini diqqətlə izləyəcək.

M.Mard əlavə edib ki, AB Azərbaycanda və digər ölkələrdə seçki prosesinin daha yaxşı səviyyədə keçirilməsi üçün dəstək göstərməyə hazırdır.

M.Mard vurğulayıb ki, Bakıda keçirilən bu seminar Azərbaycanın digər rayonlarında da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm