Nida.az
İlham Əliyev İndoneziya və Qabon Respublikalarının Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "İndoneziya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına sülh və rifah diləyirəm".
Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: " Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?