Arif Rəhimzadə: “Onun ağlı başında deyil, müalicə olunsun...”
Bizi izləyin

Nida.az

Arif Rəhimzadə: “Onun ağlı başında deyil, müalicə olunsun...”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Arif Rəhimzadə AXCP sədri Əli Kərimlinin hazırda Fransada yaşayan əmisi oğlu İnqilab Kərimovun radikal dini və terrorçu təşkilat olan İŞİD-in fəaliyyətinə haqq qazandıran statusuna münasibət bildirib.

Komitə sədri Publika.az-a açıqlamasında deyib ki, bu cür çağırışlar edən şəxslər ağılsız adamlardır: “Mən bu adamı şəxsən tanımıram. Ancaq hər halda İnqilab Kərimov ağılı üstündə olmayan adamdır. O, özünü idarə edə bilməyən şəxsdir. Əgər bu şəxs açıq şəkildə terror təşkilatını dəstəkləyirsə, yəqin ki, o anormal adamdır, ruhi xəstədir. Yaxşı olar ki, İnqilab Kərimov Parisdə ruhi xəstələrin müalicə aldığı yerlərə müraciət etsin”.

Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin hazırda Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov sosial şəbəkədəki şəxsi profilində radikal dini və terrorçu təşkilat olan İŞİD-in fəaliyyətinə haqq qazandıran status paylaşıb: “İŞİD heç də hər adamın başını kəsmir. İŞİD 5 manata sifarişlə məhkəmə zalini dolduranların başını kəsir. İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir. İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir. Və düşünürəm ki, düz də edir. Əgər belədirsə onda Azərbaycana XOŞ gəlirsən İŞİD...”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm