Nida.az
XİN-dən Suriyadakı səfirliyimizin erməni məhəlləsində yerləşməsi məsələsinə AYDINLIQ
Xarici İşlər Nazirliyi bəzi KİV-lərdə Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində yerləşən Suriya Ərəb Respublikasındakı Səfirliyinin erməni məhəlləsində yerləşməsi və bununla əlaqədar Azərbaycanın xüsusi xidmət orqanları və XİN-in tədbir görməli olması barədə gedən yazılara münasibət bildirib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in
sorğusunu cavablandırarkən bildirib ki, bu məlumat düzgün deyildir:
"Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində
mənzillənən Suriya Ərəb Respublikasındakı Səfirliyi Beyrutun Nəqqaş
Rabia rayonunda yerləşir. Dəqiq ünvan isə belədir: Əl-Mətn,
Antillyas, Əl-Rəhbani küçəsi, Aramta mərkəzi. Beyrutda ermənilərin
kütləvi şəkildə yaşadıqları rayon isə Burc Hammud adlanır. Əgər
müqayisə üçün desək Beyrutda səfirliyin yerləşdiyi rayon ilə Burc
Hammud arasındakı məsafə fəqri təqribən Bakının Səbayıl rayonu ilə
Əhmədli arasındakı fərqə bənzəyir. Bununla belə, Livan və Beyrut
ilə yaxından tanış olan şəxslər bilirlər ki, ermənilər kompakt
yaşadıqları Burc Hammud ilə bərabər Beyrutun digər rayonlarına da
səpələnmişlər".
Beyrutda Azərbaycan səfirliyinin yerləşdiyi ərazidə digər ölkələrin
diplomatik nümayəndəliklərinin olması barədə suala cavabında
H.Hacıyev isə deyib: "Bu ərazidə və Azərbaycan səfirliyinin
qonşuluğunda Türkiyə, Yunanıstan, ABŞ, Meksika və Fransanın
səfirlikləri vardır. Səfirlik əməkdaşları da diplomatik rayon olan
bu ərazidə yaşayırlar".
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...